Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


17.09.2018  21:35 

Ərdoğan Putinlə razılığa gəldi - Hücum olmayacaq





A+  A-

Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşündən sonra mətbuat konfransı keçirilib.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsində razılıq əldə olunduğunu bildiriblər.

Ərdoğan qeyd edib ki, Suriyanın İdlib bölgəsində müxaliflərlə hökumət qüvvələrinin nəzarəti altındakı bölgələr arasında neytral bölgənin qurulması razılaşdırılıb:

“Müxalifət qüvvələri hazırki yerlərində qalmağa davam edəcəklər. Buna qarşılıq olaraq, radikal qruplaşmaların həmin neytral zonada fəaliyyət göstərməmələrini Rusiya ilə birlikdə təmin edəcəyik. Rusiya Suriya hökumət qüvvələrinin İdlibə hücum etməməsi üçün çalışacaq. Neytral zonanın hər iki tərəfində Türkiyə və Rusiya tərəfindən nəzarət aparılacaq. Bu razılaşma ilə İdlibdə böyük bir fəlakətin qarşısını almış olduğumuzu düşünürəm”.

Qeyd edək ki, neytral bölgə 15 oktyabrda 15-20 km məsafədə quralacaq.

Xəbər 1368 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +