15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı


06.07.2018  18:21 

Avropa İranla nüvə razılaşmasını POZMAYACAQ





A+  A-

Xarici işlər nazirləri səviyyəsində İranla nüvə danışıqlarının həyata keçirilməsi üzrə Birgə Komissiyanın iclasında iştirak edən üzvlər birgə qərar qəbul ediblər.
XəzərNews.az xəbər verir ki, görüşün nəticəsi olaraq üzvlər (Fransa, Britaniya, Almaniya, Rusiya, Çin və İran) öz şirkətlərini ABŞ sanksiyalarından müdafiə etməyə razılaşıblar.

“Görüş iştirakçıları şirkətləri ABŞ sanksiyalarının xarici təsirlərindən qorunmaq niyyətlərini bəyan etdilər” - bu barədə iyulun 6-da Avstriya paytaxtında keçirilmiş görüşün nəticələri barədə bəyanatda bildirilib.

Tərəflər İran neft və neft məhsullarının, həmçinin qazının ixracatını davam etdirməyi qərara alıblar.

Ərakdakı reaktorun modernləşdirilməsi üzrə işçi qrupuna sədrliyi bundan sonra Britaniya davam etdirəcək.

Həmçinin, tərəflər Birgə Fəaliyyət Planı (BFP) çərçivəsində reaktorun təmirinə dəstəyi davam etdirəcəklər.

Bundan əlavə, birgə bəyanatda BFP çərçivəsində təhlükəsiz atom sahəsində böyük layihələrə dəstək barədə də razılıq əldə olunub.

Qeyd edək ki, 2015-ci ildə İran və altılıq (ABŞ, Rusiya, Fransa, Britaniya, Çin və Almaniya) ölkələri arasında razılıq əldə edilmişdi. Razılığa əsasən, İran atom silahı proqramından əl çəkir, tərəflər isə ona qarşı sanksiyaları mərhələli şəkildə aradan qaldırırlar. 2018-ci ildə ABŞ prezidenti Donald Tramp bu sənədin İrana nüvə silahı əldə etməsinə mane olmayacağını iddia edərək, müqavilədən çəkildiyini bildirib. Digər tərəflər isə İranın şərtlərə əməl etdiyini və bundan sonra sanksiyalarda İrana dəstək olacaqlarını bəyan ediblər.

Xəbər 1207 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +