Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


03.11.2017  14:06 

Kataloniya prezidenti və 8 nazir barədə həbs qərarı





A+  A-

İspaniya Konstitusiya Məhkəməsi Belçikaya gedən Kataloniyanın sabiq prezidenti Karles Puiqdemont və 8 nazir barədə həbs qərarı verib.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, Puiqdemontun vəkili Paul Bekaert sabiq prezidentin ölkəyə qayıtmayacağını açıqlayıb. İspaniya höküməti isə həbs qərarının Avropanın digər ölkələrində icra edilə biləcəyinin istisna edilmədiyini deyib. Sabiq nazirlər və prezident hökümətə qarşı üsyanda, dövlət əmlakını pis məqsədlərlə istifadədə ittiham edilirlər. Puiqdemont 30-45 il həbs təhlükəsi ilə üz-üzədir.

Katalon liderin vəkili bildirib ki, Karles Puiqdemont Belçikada ifadə verəcək.

Qeyd edək ki, 1 oktyabrda keçirilən Kataloniyanın müstəqillik referendumundan sonra bölgə ötən həftə müstəqilliyini elan etdi, lakin İspaniya höküməti isə Kataloniyanın muxtariyyətinin ləğvi barədə qanunun icrasına start verərək ərazinin idarəsini mərkəzi hakimiyyətə tapşırdı.

Xəbər 1270 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +