İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


03.12.2022  12:55 

Rus TV-lərinin ağına da, qarasına da...





A+  A-

“Dojd” telekanalı vaxtilə Rusiya teleməkanının yeganə “azad söz adası” sayılırdı. Putin Ukraynaya soxulduqdan sonra Dojd TV-nin Rusiyada yayımı dayandırıldı və bu ilin yayından telekanal Riqadan efirə çıxmağa başladı.

Bu günlərdə Latviyanın Milli Elektron KİV Şurası “Dojd” telekanalını ilhaq edilmiş Krımın xəritəsini Rusiyanın tərkibində göstərdiyiyinə görə 10 min avro cərimələyib. Telekanalın Rusiya ordusuna münasibətdə “bizim ordu” ifadəsini işlətməsi də latışların xoşuna getməyib. Latviyanın Milli Elektron KİV Şurasının sədri İvars Abolinş Twitter hesabından “Dojd”u hədələyib ki, son aylarda üç dəfə ciddi pozuntuya yol verən telekanalın yayımına verilən icazə ləğv edilə bilər.

Dojd TV Qarabağ separatçılarına münasibətdə və dəstəkdə Rusiyanın digər federal telekanalizasiyalarından fərqlənmir, hamısı Kremlin oxşar propaqanda tezis-narrativləri ilə hərəkət edirlər. Noyabrın əvvəllərində telekanalın aparıcısı Yekaterina Kotrikadze erməni əsilli rusiyalı milyarder Ruben Vardanyandan telefonla müsahibə götürmüşdü.

Özünü Rusiya hakimiyyətinə müxalif kanal kimi təqdim edən “Dojd” verilişlərində adətən Kreml oliqarxlarını sərt tənqid edir. Lakin bu, həmin oliqarxların cinsindən olan və “Putinin layihəsi” olduğu şübhə doğurmayan Vardanyanın Dojd TV-də təbliğinə əngəl olmadı. Kotrikadze verilişində Vardanyana “baş nazir” deyə xitab edir, titrlərdə isə “Ruben Vardanyan, Dağlıq Qarabağ Respublikasının baz naziri” sözləri keçirdi...

Rusiyadan qaçan, Avropa paytaxtlarında özlərini liberal-demokrat, “rus demokratiyasının yeni ataları” kimi təqdim edən, Ukrayna TV-lərini indulgensiya tribunasına çevirən Andrey Piontkovski, Yuliya Latınina, Viktor Şenderoviç, keçmiş oliqarx Mixail Xodorkovski, Putinin keçmiş müşaviri Andrey İllarionov və s. bu kimi tiplər, cüzi istisnalarla, özlərini Kreml diktatorunun opponentləri elan etsələr də, əslində rus imperiya təfəkkürünün astar üzləridirlər. Yeri gəlmişkən, Putinin həbsdə saxladığı rus müxalifətinin lideri Aleksey Navalnı da "Крым наш" deyənlərdəndir...

Bunlar islahedilməz türkofob və ikili standartın rus versiyasıdırlar. Yəni, rus liberallarının arşınına görə, Donbas Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazisi, Azərbaycanın Qarabağı isə ermənilərin “haqlı olaraq müstəqillik tələb etdiyi” ərazidir. Hər nə isə, ilanın ağına da lənət, qarasına da...

Latviyanın müdafiə naziri Artis Pabriks hesab edir ki, “Dojd”u Rusiyaya yollamaq lazımdır, gedib öz evində “yağsın”. Yeri gəlmişkən, Pabriks hərbçi, adi nazir deyil, Latviya Elmlər Akademiyasının müxbir üzvüdür. Latviyanın Dövlət Təhlükəsizlik Xidməti isə “Dojd”dan şübhələnərək telekanalla bağlı istintaqa başlayıb.

Rusiya-Ukrayna savaşı başlayandan Latviyaya 200-dən artıq rus jurnalisti və 20-dən artıq nəşr yerləşib. Latış DTX-sı əmindir ki, onların rus kəşfiyyatı ilə əlaqələri var və bu, Latviyanın informasiya məkanının təhlükəsizliyi üçün risk yaradır...

“Dojd”u yerli qanunlara hörmət etməyə çağıran İvars Abolinş telekanalın üç dəfə həddini aşdığını desə də, birini deyib, ikisini deməyib. Maraqlıdır, açıqlanmayan iki faktın içində Vardanyan insidenti varmı və ya Bakı bununla bağlı Riqaya etiraz etmişdimi?

Qəzənfər Həmidoğlu
XəzərNews.az

Xəbər 1012 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +