İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


17.04.2019  12:20 

15 obyektdən oğurluq edənlər tutuldu





A+  A-

Xətai rayonu ərazisindəki mağazalardan birinin sahibi 37-ci polis şöbəsinə müraciət edərək marketdən 250 manat məbləğində pulun, danışıq kartlarının və tütün məmulatlarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, faktla əlaqədar Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşları tərəfində əməliyyat-axtarış tədbiri keçirilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs - əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq hadisəsini törətdiklərini etiraf ediblər.

Xətai Rayon Polis İdarəsində saxlanılan şəxslərin ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən və 3 saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurladıqları məlum olub.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər 1333 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +