İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


15.04.2019  16:37 

“Bu, başdan ayağa mundarlaşmış bir seçkidir”





A+  A-

“İstanbulda bələdiyyə rəhbərliyi uğrunda keçirilən seçkilərdən sonra Əkrəm İmamoğlu ilə aramızdakı səs fərqinin 29 min olduğu açıqlansa da, sonradan sandıqların yenidən sayılması nəticəsində bunun 12 min olduğu məlum oldu. Bir sözlə, bizim səslərimiz qarşı tərəfin hesabına yazılıb”.
XəzərNews.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə İstanbul bələdiyyəsinə namizəd Binəli Yıldırım keçirdiyi mətbuat konfransında bildirib.

B. Yıldırım qeyd edib ki, İstanbul kimi böyük bir şəhəri idarə edəcək rəhbərin dedi-qodular və saxtalaşdılrılmış bir seçki nəticəsində seçilməsi heç də yaxşı hal olmaz: “Rəhbər şəxsin vəzifəsini güclü şəkildə yerinə yetirməsi bütün istanbulluların arzusudur. Seçkidə baş vermiş pozuntular, səhvlər, səs oğurluğunun sərhədi yoxdur. Bir sözlə, bu, başdan ayağa mundarlaşmış bir seçkidir.

Bundan başqa, xarici ölkələrə mesajlar göndərmək, o ölkələrin Türkiyəyə təzyiq göstərməyini təmin etmək millətimizi incidir. Cənab İmamoğlu tribunaları gəzməkdənsə, nəticə elan olunmamış özünü bələdiyyə rəhbəri kimi tanıtdırmaqdansa, kaş ki, mənim kimi sakit oturub nəticələri gözləyərdi”.

Xəbər 1370 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +