“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


27.01.2018  12:21 

İnternetdə tanış olduğu qadının tələsinə düşdü





A+  A-

Yanvarın 25-də axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.
XəzərNews.az xəbər verir ki, 27-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsi ilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan 3 maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyməsi, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getmələri məlum olub.

Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.

Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

Görülmüş tədbirlərlə onlardan biri - paytaxt sakini Orxan Hüseynov “isti izlər”lə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1744 dəfə oxunub.



29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +