İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


23.01.2018  17:11 

Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi





A+  A-

AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının 4 il azadlıqdan məhrum edilməsi istənilib. Yanvarın 23-də Qazax Rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib.
XəzərNews.az-ın "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, dövlət ittihamçısı deyib ki, G.Bayramlının gömrüyə bəyan etmədən 12 min dolları keçirməyə cəhd etməsi məhkəmədə sübuta yetirilib.

G.Bayramlının vəkili Elçin Sadıqov isə əksinə, G.Bayramlıya qarşı ittihamın saxta olduğunu bildirib, onun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Ardından məhkəmədə son sözünü deyən G.Bayramlı haqqındakı cinayət işinin də, verilən ittihamın da saxta olduğunu bildirib.

Hakim G.Bayramlının son sözünü yarımçıq dayandıraraq, məhkəmə zalını tərk edib. Saat 17:30-da hökmün elan olunacağı gözlənilir.

Xəbər 1290 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +