İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


22.01.2018  13:06 

DTX-dən təcili əməliyyat - 300 milyon pulu ölkədən çıxaran dəstə həbs edildi





A+  A-

Azərbaycanda valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci il tarixlərində həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
XəzərNews.az Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirlər nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Müəyyən edilib ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80.731.282,0 ABŞ dolları, 5.270.227.972,0 Rusiya rublu, 248.915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 192.2 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 2232 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +