Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


23.11.2020  21:19 

Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi





A+  A-

Azərbaycanın Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçısı olan Ohanyan Seyran Muşeqoviçin Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci(Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib.
XəzərNews.az-ın əldə etdiyi məlumatına görə, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Hərbi Prokurorluq tərəfindən müvafiq təqdimatla Bakı hərbi məhkəməsinə müraciət olunub və təqdimat təmin edilib.

Azərbaycan Hərbi Prokurorluğunda barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilərək icrasının təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna göndərilib.

Bakı hərbi məhkəməsinin qərarı ilə Ohaynayn barəsində qiyabi olaraq tutulduğu gündən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hərbi Prokurorluğun mətbuat xidməti məlumatı təsdiqləyib.

Xəbər 2261 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +