Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


29.03.2018  15:09 

Qardaş bacısını qətlə yetirib





A+  A-

Goranboyda 2011-ci ildə törədilən qətl hadisəsinin üstü açılıb.
XəzərNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.

Araşdırma zamanı məlum olub ki, R. Hüseynova 2011-ci ildə qardaşı - 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb. Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən A. Hüseynov saxlanılıb.

Məlumata görə, R. Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının yüngül həyat tərzi keçirdiyi və dəfələrlə xarici ölkələrə getdiyi bildirilir. Qohumları qadını qardaşlarından soruşanda onun Türkiyədə yaşadığı deyilib. Qardaşları dəfələrlə ona həyat tərzinə qarşı iradlar bildirsələr də, qadın deyilənlərə məhəl qoymayıb. Nəticədə 2011-ci ildə qardaşı A. Hüseynov onu boğaraq qətlə yetirib.

R.Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Xəbər 1614 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +