Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


02.12.2022  22:04 

“Azərbaycanda bütün xalqlar sülh və dostluq şəraitində yaşayırlar”





A+  A-

Dekabrın 2-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın ölkəmizdə yaşayan və fəaliyyət göstərən etnik icmaların rəhbərləri ilə görüşü keçirilib.

XəzərNews.az Multikulturalizm Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Bakı Dağ Yəhudiləri Dini İcmasının, Samur Ləzgi Mədəniyyət Mərkəzinin, Avropa yəhudiləri dini icmasının, Talış icmasının, Azərbaycan-Avar İctimai Birliyinin, Alban-udi xristian dini icmasının, Azəri Tat Mədəniyyət Mərkəzinin, Azərbaycanda yaşayan axıska türklərinin “Vətən” İctimai Birliyinin, Gürcü yəhudiləri dini icmasının, Kürd icmasının, “Buduq” Xeyriyyə Cəmiyyətinin, Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin, Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin rəhbərləri, eləcə də talış dilində nəşr olunan “Dodo” və Azərbaycan, rus, ləzgi dillərində nəşr olunan “Samur” qəzetinin baş redaktorları da iştirak ediblər.

Tədbiri açan BBMM-in icraçı direktoru Rəvan Həsənov ölkəmizdə bütün xalqların nümayəndələrinə dövlət səviyyəsində eyni şəraitin yaradıldığını vurğulayıb. Bildirilib ki, Multikulturalizm Mərkəzi öz fəaliyyətini hər zaman azsaylı xalqların nümayəndələri ilə əlaqəli şəkildə qurur. Ölkəmizdə yaşayan və fəaliyyət göstərən müxtəlif xalqların həyatı, mədəniyyəti və adət-ənənələrinin işıqlandırılması xüsusi layihələrlə, eləcə də nəşrlərlə həyata keçirilir.

Sonra çıxış edən Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan multikulturalizm modelinin üstünlüklərini qeyd edib, ölkəmizdə bütün xalqların sülh və dostluq şəraitində yaşamasından danışıb. O, 44 günlük Vətən müharibəsi dövründə milli həmrəyliyin qalib gəlməsi məsələsinə xüsusi toxunub.

Daha sonra çıxış edən BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdulla Mərkəzin yarandığı gündən dövlətin multikulturalizm siyasətinə uyğun olaraq aktiv şəkildə fəaliyyət göstərdiyini bildirib. Qeyd edilib ki, düşmən qüvvələr ölkəmizdəki sabitliyin pozulmasına çalışsalar da, buna nail ola bilmirlər və bilməyəcəklər.

Çıxışlardan sonra etnik icma nümayəndələri mövzu ilə bağlı fikirlərini bölüşüblər. Onlar Azərbaycanı vətənləri kimi sevdiklərini, öz fəaliyyətlərini ölkəmizin uğurlu gələcəyi və inkişafı istiqamətində qurduqlarını bəyan ediblər. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də milli birlik nümayiş etdirdiklərini vurğulayan icma nümayəndələri Azərbaycandakı multikultural mühitdən, dövlətin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiklərindən də söz açıblar. Multikulturalizm Mərkəzinin fəaliyyəti, eləcə də qurumun etnik icmalarla əlaqələri yüksək qiymətləndirilib.

Sonda ölkəmizdə yaşayan və fəaliyyət göstərən etnik icmaların rəhbərləri öz fəaliyyətləri ilə bağlı təkliflərini Fərəh Əliyevanın diqqətinə çatdırıblar.





Xəbər 1142 dəfə oxunub.



02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +