Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


07.05.2020  12:48 

Daha bir məmur saxlanıldı





A+  A-

Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsində vətəndaşlardan dövlət sosial yardım və pensiya təyin olunması müqabilində rüşvət tələb edilməsi barədə daxil olmuş əməliyyat məlumatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1770 dəfə oxunub.



02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +