“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


14.01.2020  10:26 

Sahil Babayev: “Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”





A+  A-

“2019-cu ildə ünvanlı sosial yardım proqramı çox geniş şəkildə, 70%-ə qədər artırılıb, ümumilikdə 296 min üzvü olan 72 min ailəni əhatə edib, ailələrə ödənişin məbləği də artaraq 209 manata bərabər olub”.
XəzərNews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.

“Bu proqramın da genişləndirilməsinə dair Sizin tapşırıqlarınız olub 2020-ci ildə də bu proqram genişləndiriləcək. Bir çox meyarlar yüngülləşdirilib. Bunun üzərində işlər mütəmadi olaraq davam edəcək və Azərbaycanda ünvanlı sosial yardım proqramının tam şəffaf, tam təkmil həyata keçirilməsi üzrə Sizin tapşırıqlarınız tam icra olunacaq.

Sosial təminat sahəsində, sizin ən önəmli təşəbbüslərinizdən biri şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi idi. Bu proqram 98% icra olunub. On iki min şəhidimizin 18 min vərəsəsinə bu vəsaitlər tam şəkildə ödənildi. Yəni, hazırda 300 nəfərə yaxın şəhidimizin vərəsələri tərəfindən, sadəcə, müraciət olmayıb. Müraciət edən hər bir şəxs vəsaiti əldə etdi. Mənzil təminatı proqramı çox genişlənib. 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 628 mənzil, 2019-cu ildə 934 mənzil təqdim edilib. Bu da əlamətdar hadisə idi, dekabrın 24-də Siz öz ad gününüzdə böyük bir binanın açılışını da etdiniz və 96 mənzil Nizami rayonunda şəhid ailələrinə və müharibə əlillərinə təqdim olundu. Eyni zamanda, əlilliyi olan şəxslərə avtomobil təminatı proqramı davam edib və onlara 600 avtomobil təqdim edildi ki, bu da önəmli istiqamətlərdən biri idi”, - deyə o, qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, ötən il Naftalan, Yevlax, Mərdəkan Reabilitasiya mərkəzləri tam fəaliyyətə başlayıb, Protez-Ortopedik Mərkəzin istehsalat sexi istifadəyə verilib.

“Gəncədə pensiyaçılar üçün sosial xidmət müəssisəsi və Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. Sosial infrastruktura geniş maliyyə təminatı yaradılıb. Ötən ildən davam edən işlərin icrası olaraq bu il də 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.

Görülən bu işlərə beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət verilib. Xüsusi olaraq vurğulamaq istərdim ki, Sizin tapşırığınızla biz Beynəlxalq Sosial Təminat Agentliyi ilə müzakirələr apardıq və may ayında Azərbaycanda Avropa Sosial Forumu keçirilib. Forumda Avropa İttifaqının bütün sosial təminat və pensiya fondlarının rəhbərləri iştirak edirdi. Bu forum çərçivəsində Azərbaycanın həyata keçirdiyi dörd layihə Avropa üçün ən yaxşı təcrübə mükafatlarını əldə edib. Bunlar özünüməşğulluq layihəsi, ünvanlı sosial yardım layihəsi, əlillik proqramımız və qeyri-formal məşğulluqla mübarizə proqramımızdır”- deyə S.Babayev əlavə edib.

Xəbər 1565 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +