Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


29.10.2018  16:54 

Azərbaycanda uzunömürlülərin sayı azalıb





A+  A-

Azərbaycanda bəzi yaş qrupları üzrə əhalinin sayı açıqlanıb.
XəzərNews.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2018-ci ilin əvvəlinə respublikada 70 və yuxarı yaşda olan 385,9 min nəfər yaşayıb:

“Onlardan 157 mini kişilər, 228,9 mini qadınlardır. 80 və yuxarı yaşda olanlar 137,9 min nəfər təşkil edir ki, onun 54,3 mini kişilər, 83,6 mini qadınlardır. Həmçinin 90 və yuxarı yaşda olanların sayı 12,3 min nəfərdir. Bu yaş qrupundan kişilərin sayı 4,4 min nəfər, qadınların sayı isə 7,9 mindir”.

R.Süleymanovun açıqladığı rəsmi statistikaya əsasən, ölkədəki 100 və yuxarı yaşda olanların sayı azalıb:

“Belə ki, bu yaş qrupuna aid olan insanlar 7 min nəfərdir ki, onların da 200 nəfəri kişilər, 500 nəfəri qadınlardır”.

Xatırladaq ki, yaşı 100-dan çox olanlar 2017-ci ildə 683 nəfər (535 qadın, 148 kişi), 2016-cı ildə 626 nəfər (530 qadın, 96 kişi), 2015-ci ildə 619 nəfər (547 qadın, 72 kişi), 2014-cü ildə 669 nəfər (635 qadın, 34 kişi), 2013-cü ildə 838 nəfər olub (814-ü qadın, 24-ü kişi) olub.

2017-ci ildə yaşı 100-dən çox olanların 50-si Bakıda, 9-u Abşeron iqtisadi rayonunda , 44-ü Gəncə-Qazax iqtisadi rayonunda, 15-i Şəki-Zaqatala iqtisadi rayonunda, 17-si Lənkəran iqtisadi rayonunda, 7-si Quba-Xaçmaz iqtisadi rayonunda, 36-sı Aran iqtisadi rayonunda, 69-u Kəlbəcər-Laçın iqtisadi rayonunda, 9-u Dağlıq Şirvan iqtisadi rayonunda, 44-ü Naxçıvan Muxtar Respublikasında yaşayıb.

Xəbər 1646 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +