Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


23.01.2018  14:46 

Ukrayna Rusiyadakı mundialı boykot etməyə çağırır





A+  A-

Ukrayna hökuməti yerli futbol federasiyası və fanat təşkilatı ilə Rusiyada keçiriləcək dünya çempionatının mümkün boykotu və ya etirazına dair danışıqlar aparır.
XəzərNews.az xəbər verir ki, bu haqda “İnterfaks”a Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin deyib:

“Biz müxtəlif federasiyalarla danışıqlar aparırıq. Bu məsələni açıqlaya bilərəm. Biz həmçinin fərqli siyasi məsələlər qaldıra biləcək müxtəlif azarkeş təşkilatları ilə də danışıqlar aparırıq. Bu çempionatı ya boykot etməliyik, ya da Rusiyaya gəldiyimiz zamanı öz mövqeyimizi açıq şəkildə ifadə etməliyik”.

Ötən ay Ukraynada mundialın televiziya ilə boykot edilməsinin əleyhinə çıxanlar olub. Xarkovun “Metallist-1925” klubunun prezidenti Sergey Storojenko bildirib ki, ölkə sakinləri bu turniri görməlidir.

Xatırladaq ki, Ukrayna millisi iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib. Andrey Şevçenkonun baş məşqçisi olduğu komanda Türkiyənin də yer aldığı İ qrupunda III yeri tutub.

Xəbər 1342 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +