ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi
AzTV bələdiyyələri ifşa etdi - Video


03.06.2021  11:39 

İran 16 milyonluq borcuna görə bu hüququndan məhrum edildi





A+  A-

İran və Mərkəzi Afrika Respublikası təşkilata borcları ödənilmədiyi üçün BMT Baş Assambleyasında səs vermək hüququndan məhrum edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Antoniu Quterrişin Baş Assambleyanın sədri Volkan Bozkıra yazdığı məktubda deyilir:

“Hazırda beş üzv ölkənin BMT Nizamnaməsinin 19-cu maddəsinin şərtlərinə uyğun olaraq borcu var”.

19-cu maddəyə görə, ianələrin ödənilməsində borcu olan üzv ölkələrin borclarının miqdarı əvvəlki iki il ərzində ondan alınan ianələrin məbləğinə bərabər və ya artıq olduqda, həmin ölkələr Baş Assambleyada səs verə bilməz.

Baş Assambleya ödənişin gecikməsinin dövlətin nəzarətindən kənar vəziyyətlərə görə baş verdiyini qəbul etdiyi təqdirdə, həmin ölkəyə səs vermə icazəsi verə bilər.

Borclu ölkələrin siyahısına Mərkəzi Afrika Respublikası, İran, San-Tome və Prinsipi, Komor adaları və Somali daxildir.

Quterrişin məktubunda qeyd olunur ki, İran təşkilatın büdcəsinə 16 milyon 251 min 298 dollar ianə etməlidir.

Xəbər 2003 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +