Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu


15.04.2022  11:14 

Tanınmış tərcüməçi Atlas-Klinikada başına gələnlərdən yazdı





A+  A-

Tanınmış publisist, tərcüməçi Nadir Qocabəyli onlara qarşı qeyri-ciddi, saxtakar, şübhəli, müəmmalı münasibət göstərən özəl klinikanın adını açıqlayıb.

XəzərNews.az N.Qocabəylinin açıqlamasını olduğu kimi təqdim edir:

"Çünki oradakı bəzi xanımlardan həqiqətən mədəni münasibət gördüm. Eyni zamanda, hesab edirəm ki, problem təkcə bir klinikaya yox, bütövlükdə bütün səhiyyə sisteminə aiddir.

Ancaq hiss edirəm ki, cəmiyyət bunu bilmək istəyir. Odur ki, yazıram: Klinikanın adı Atlas-Klinikadır. Nevropatoloqun adı Gülnarə Davudova, ensefaloqramma həkiminin adı isə Ramil Həsənovdur.

Biz 84 manatlıq müayinədən məhz Gülnarə Davudovanın israrlı təkidlərindən sonra keçdik. O dedi ki, uşaqda 12 sinir refleksinin (ifadə dəqiq olmaya bilər) 6-sında ciddi problem var. Həmin gün oğlumdan qan analizi götürülərkən özündən gedib qıcolma keçirmişdi, bu hal onda əvvəllər də bir neçə dəfə olmuşdu və uşaqda ümumiyyətli müəyyən psixi-nevroloji problemlər olduğuna görə buna razı oldum.

Ancaq aparılan başdansovdu və şübhəli EEQ müayinəsi "hər şeyin normal" olduğunu müəyyən etdikdən sonra Gülnarə xanım sözlərini geri götürdü. Dedi ki, mən aparat deyiləm və hər şeyi bilmirəm. Ondan xahiş etdik, öz diaqnozunu yazsın, ancaq bundan da imtina edərək dedi ki, ancaq xəstəxanada yatanlara epikriz yazır. O sadəcə 3 dərmandan ibarət reseptə qısa bir söz birləşməsi yazdı.

Mən təbii ki, bu işi belə qoymayacağam. İmkan tapan kimi, oğlumu başqa kliniklarda da müayinə etdirəcək və cavabları tutuşduracağam.

Klinikanın baş həkim müavini məndən soruşdu ki, axı bizim yalan diaqnoz qoymaqda nə marağımız ola bilər? Mən də cavab verdim ki, mən sizin maraqlarınız haqda mülahizə yürütmək istəmirəm. Çünki faktım yalnız məsələyə şübhəli, başdansovdu və məsuliyyətsiz yanaşmanızdan ibarətdir. Ancaq digər faktları da tapmağa çalışacağam..."

Xəbər 1939 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +