Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


05.07.2018  17:16 

Bu marşrutların yolu dəyişdi





A+  A-

32 nömrəli (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib.
XəzərNews.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, hazırda marşrutun müvəqqəti istismarını həyata keçirən daşıyıcının sərnişindaşıma qaydalarına əməl etməməsi marşrutun fəaliyyətində müəyyən çətinliklər yaradıb və vətəndaşların narazılıqlarına səbəb olub. Məsələ ilə bağlı Agentlik tərəfindəndəfələrlə daşıyıcıya yazılı və şifahi qaydada tapşırıqlar verilsə də,hər hansı bir təsirli tədbir görülməyib.

Dəyişikliyə əsasən marşrut xətti üzrə sərnişindaşıma xidməti balansında sərnişin təlabatına uyğun və saz vəziyyətdə olan nəqliyyat vasitələrinə malik daşıyıcı tərəfindən həyata keçiriləcək.

Bundan başqa, Qobu Park” yaşayış kompleksi sakinlərinin müraciətləri əsasında 140 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. Belə ki, yeni hərəkət sxeminə əsasən bu xətt üzrə avtobuslar Lökbatan Nəqliyyat Mübadilə Mərkəzindən - “Qobu Park” yaşayış kompleksinə hərəkət edəcək.

İyulun 7-dən 140 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar test rejimində yenilənmiş qrafiklə hərəkət edəcək.

Xəbər 1383 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +