Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


25.10.2023  21:35 

Avropa İttifaqı Azərbaycana qarşı təzyiqə keçib...- Politoloq





A+  A-

“Azərbaycan Qərb platformasında da görüşlərə hazırdır”.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bizi görüşün hansı formada keçiriləcəyi maraqlandırır:

“Avropa İttifaqı və onun nümayəndələri son günlər Azərbaycana qarşı təzyiqlərə keçiblər. Belə olan təqdirdə rəsmi Bakı görüşün başqa bir yerdə keçirilməsi məsələsini qaldıra bilər. Söhbət Ermənistan baş naziri ilə görüşdən imtinadan yox, Azərbaycana tənqidi yanaşan şəxslərin görüşdə iştirakının nə qədər doğruluğundan gedir. Eləcə də Azərbaycana tənqidi yanaşan qurumun görüşlərdə dirijor rolunu oynamasının nə qədər də doğru olub-olmamasından”.

Zaur Məmmədov bildirib ki, Azərbaycan erməniləri Qarabağdan zorla çıxarmayıb:

“Azərbaycan reinteqrasiya planını təklif edib. Burada çətin heç nə yoxdur: 1987-ci ilə qədər bölgədə yaşayan ermənilər Qarabağa qayıda bilərlər. Şərt ondan ibarətdir ki, vətəndaşlığı qəbul etməlidir. Başqa plan Azərbaycan tərəfindən qəbul edilməyəcək. Ümumiyyətlə, Makronun hansı mənəvi-siyasi statusda çəkisi var ki, Azərbaycanın daxili məsələsi ilə bağlı vasitəçi olsun və onu hansısa layihəsini qəbul edək?”./Teleqraf.com

Xəbər 1504 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +