Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


08.02.2018  10:38 

Kişi az cehiz gətirən arvadının böyrəyini satdı





A+  A-

Hindistanın Qərbi Benqaliya ştatında polis iki qardaşı həbs edib.
XəzərNews.az xəbər verir ki, polis qardaşlardan birinin arvadının şikayəti üzrə onları həbs edib. Qadının iddiasına görə, qardaşlar onun böyrəyini satmağa cəhd ediblər.

Hindistan mətbuatının xəbərinə əsasən, iki il əvvəl 28 yaşlı Rita Sarkar qarın ağrısı diaqnozu ilə xəstəxanaya yerləşdirilib: "Ərim məni Kəlküttədəki özəl xəstəxanaya apardı. Burada tibbi personal mənə dedi ki, soyuq dəymiş kor bağırsağı kəsdikdən sonra hər şey yaxşı olacaq".
Amma bundan sonra qadının ağrıları keçməyib və daha da şiddətlənib. Amma əri ona baş verən əməliyyat barədə kiməsə danışmağı və həkimə getməyi qadağan edib. Nəticədə qadının qohumları onu həkimə aparıblar. Həkimlər müayinə etdikdən sonra anlayıblar ki, Ritanın sağ böyrəyi yoxdur.
Qadın deyib: "Ərim mənim böyrəyimi satıb. Çünki mənim ailəm onun cehiz tələbini yerinə yetirə bilməmişdi".

Rita polisə müraciət edib. Onun əri, qardaşı və qaynatası qaçıb gizlənib. Dindirilmə zamanı qohumları etiraf edib ki, qadının böyrəyi iş adamına satılıb.

Xəbər 1455 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +