Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


04.12.2023  13:12 

5 dekabr Dünya Türk Qəhvəsi Günündə qəhvənizi necə istərdiniz?





A+  A-

Türk qəhvəsi, Türkiyə ənənələrinin vacib bir hissəsidir. Qəhvə insanları bir yerə toplayan, ictimailəşməyə kömək edən sosial vasitəçidir və rolu o qədər yüksəkdir ki, əsas görüşlər və ya yemək sonrası söhbətlər eyni sual ilə başlayır: “Qəhvənizi necə istərdiniz?”. Bu unikal zövq və ənənəvi dəyər, 2013-cü ildə Türkiyə qəhvəsinin UNESCO-nun Qeyri-maddi Mədəni İrsi siyahısına daxil olması ilə nəticələndi. 2013-cü ildən etibarən 5 dekabr “Dünya Türk Qəhvəsi Günü” olaraq qeyd olundu.

Əsrlər boyu mədəni irs

Türk qəhvəsi, 16-cı əsrdən, bu torpaqlarda ilk dəmləndiyi gündən, sosial həyatın mərkəzində olmuşdur. Geniş Osmanlı coğrafiyasında bu adət-ənənə həddən artıq yayılmışdır və Türk mədəniyyəti üçün kritik rola sahibdir. Belə ki, səhər yeməyi olan “Kahvaltı” sözü “qəhvədən əvvəl” kimi tərcümə olunur.

“Qəhvənizi necə istərdiniz?”

Türk qəhvəsinin dəmlənməsi üsulu əsrlər boyu dəyişməz qalıb və bu, onun unikal olma səbəblərindən biridir. Türk qəhvəsi, “Cevze” adlandırılan bənzərsiz bir qazanda soyuq suda toz qəhvəni dəmləməklə hazırlanır. Qəhvənin üstü məxmər köpüklə örtülüb qaynadıqdan sonra qəhvə stəkanlarına süzülür. Digər qəhvələrdən fərqli olaraq, türk qəhvəsi çöküntüsü ilə stəkanlara süzülür, bir stəkan su və şirniyyatlarla, əsasən məhşur tük lokumları ilə servis olunur.



Qəhvə dənələrinin dadı və hazırlanma üsulları ölkənin bölgələri daxilində maddələr və vərdişlər əsasında dəyişə bilər. Egey bölgəsindəki bütün mastik ağaclar, onlarla birlikdə mastik saqqız ilə türk qəhvəsi hazırlama ənənəsini gətirir. Püstə dənələrini qurutmaqla hazırlanan Menengiç qəhvəsi, Gaziantep və Cənubi Şərqi Anadolu bölgəsində çox məşhurdur. Dibek qəhvəsi, mülayim ətiri ilə xatırlanan, süd ilə servis edilən bənzərsiz bir türk qəhvəsi kimi olduqca məhşurdur. Sərt və acı bir qəhvə kimi tanınan Mırra qəhvəsinə isə Türkiyənin Cənub-Şərqi mahalları Şanlıurfa və Mardində tez-tez üstünlük verilir.

Xəbər 4417 dəfə oxunub.




26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +