Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək


23.01.2022  11:21 

Almaniya Ukraynaya belə dəstək olacaq - Müharibə başlasa





A+  A-

Almaniya Ukraynaya dəstək olaraq səhra xəstəxanası göndərmək qərarına gəlib.

XəzərNews.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, bunu yanvarın 22-də Almaniyanın müdafiə naziri Kristin Lambrext açıqlayıb.

O, hazırda Berlin Ukraynaya hərbi yardım göstərməyə hazır deyil.

“Welt am Sontag” qəzetinə müsahibəsində Kristin Lambrext xəstəxananın fevralda Ukraynaya çatacağını bildirib.

Eyni zamanda, ukraynalı tibb kadrları üçün təlim bazası yaradılacaq. "Euronews" xəbər verir ki, bu cür yardım Almaniyaya 5 milyon avrodan çox vəsaitə başa gələcək.

Almaniyanın artıq Ukraynaya tənəffüs aparatları tədarük etdiyini bildirən nazir deyib əlavə edib ki, Ukraynanın şərqindəki döyüşlərdə ağır yaralanan ukraynalı əsgərlər Almaniya xəstəxanalarında müalicə olunurlar.

"Biz Kiyevlə çiyin-çiyinə dayanırıq. İndi bizim vəzifəmiz hazırkı böhranın şiddətini azaltmaq üçün mümkün olan hər şeyi etməkdir.

Müdafiə naziri vurğulayıb ki, indiki vaxtda onun qiymətləndirməsində silah tədarükü Rusiya və Ukrayna arasında qarşıdurmanı yüngülləşdirilməsinə yardım etməyəcək.

Lambrext bildirib ki, bu şəkildə formalaşdırılan mövqe kansler, sosial demokrat Olaf Şolzun başçılıq etdiyi federal hökumətin bütün üzvlərinin tam dəstəyinə malikdir.

Xəbər 1704 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +