Leysan yağacaq, şimşək çaxacaq - Bakıda hava
Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir?
BMT İP Azərbaycanda fəaliyyətini dayandırdı
Azər Qasımovun xanımı işdən çıxdı
Rusiya - Ukrayna müharibəsi tezliklə bitməyəcək - Vens
Baş nazir yeni qərar imzaladı
Sabiq polis məhkəmə zalında həbs olundu: 2.5 milyonluq dələduzluq
Hər 100 turistin 77-i paytaxtda qalır - Səbəb?
Bu şirkətin külli miqdarda vergi borcu yaranıb
Axtarışda olan 55 nəfər saxlanıldı... - Borclu idilər


31.01.2024  10:55 

Qəlblərdəsən, Rəsulzadə!





A+  A-

Bu gün böyük şəxsiyyət – böyük dövlət adamı, görkəmli lider, ictimai-siyasi xadim, publisist, şərqdə ilk cümhuriyyət – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəni doğumunun 140-cı ilində qürur, fəxr və şərəf hissiylə anırıq…

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan Milli İstiqlal Hərəkatına başçılıq edib.

Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi Azərbaycan Xalq Cümhuriyyəti olub. Azərbaycan Xalq Cümhuriyyəti 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən elan edildikdən sonra 1918-ci il may ayının 28-də özünün müstəqilliyini qeyd edib.

Bu gün “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarı böyükdən-kiçiyə hər kəsin dilinin əzbəridir. Bu şüar bizə Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan bayrağa sayğı simvolu, azadlıq hərəkatının devizidir:

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey ŞANLI AZƏRBAYCAN!

Paytaxtı olmayan, ordusu olmayan, ən başlıcası, müstəqillik haqqında düşünməyən bir xalq olan yerdə böyük öndər Məhəmməd Əmin Rəsulzadə və komandası heçdən bir dövlət elan etdilər.

Yeni dövrdə müstəqillik əldə etmiş Quzey Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cümhuriyyətinin mirasına əsaslanıb.

Bu gün gördüyümüz, yaşadığımız bu cümhuriyyət, parlamentində oturduğumuz bu dövlət, bu gün müstəqil dediyimiz Azərbaycan, – hamısı o insanların zəhməti, əsəridir.

Bu gün bir dövlət üçün, bir bayraq üçün, istiqlaliyyət üçün Güney Azərbaycanımızda milyonlarla insan göz yaşı tökür. Cümhuriyyətçilərin bizə qoyduğu çağdaş Azərbaycan dövləti quzeyli, güneyli hər kəsin əmanətidir.

Bu gün şükürlər olsun ki, ölkəmiz torpaqlarını işğaldan azad, öz suverenliyini bərpa edib, külli-Qarabağda nəzarəti ələ keçirib.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Bir daha hər birinizi dahi Rəsulzadə kimi bir şəxsiyyətə sahib olduğumuz üçün təbrik edir və onun bizə miras qoyduğu məmləkətin dövlətçilik ənənələrinin güclənməsi, sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində və vətəndaş cəmiyyəti quruculuğunda uğurlar arzulayıram.

Doğum günün qutlu olsun, adı, sözü, şəkli ürəklərdə daim yaşayan dahi insan!

Ruhuna minnətdarlıq hissi ilə
İqbal Ağazadə


Xəbər 1849 dəfə oxunub.




02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +