Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı


18.05.2021  19:27 

Məşhur generalın qardaşı oğlu rüşvətə görə tutuldu - TƏFƏRRÜAT





A+  A-

Dünən Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyatla bağlı bəzi təfərrüatlar məlum olub.
XəzərNews.az bakupost.az-a istinadən xəbər verir ki, saxlanılanlardan biri keçmiş hərbçi polkovnik-leytenant Elman Mirzəyevdir.

Məlumata görə, E. Mirzəyev gömrük sisteminə yeni gəlib və Gömrük Komitəsində inspektor vəzifəsində çalışıb. Onun bu vəzifəyə təyin olunan gündən rüşvət aldığı ilə bağlı informasiyalıar var. İddia olunur ki, ona bu məsələlərlə bağlı dəfələrlə xəbərdarlıqlar da edilib.

Gömrük Komitəsinin korrupsiyaya qarşı mübarizə tədbirlərini gücləndirildiyi bir vaxtda onun bu əməllərinin qarşısı alınmayıb və komitə rəhbərliyinin özünün təşəbbüsü ilə əməliyyat keçirilib.

Qeyd edək ki, Elman Mirzəyev uzun illər DİN-də yüksək vəzifələr daşımış general Sahib Mirzəyevin qardaşı oğludur.

Xəbər 2460 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +