Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...


28.04.2025  11:28 

Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski





A+  A-

Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırmaq üçün heç bir hazırlıq nümayiş etdirmir.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib.

"Ruslar Amerikanın təkliflərini qəbul etməyə açıq-aşkar hazır olduqları barədə çox danışırlar, lakin indiyə qədər Rusiya ordusunun əsl susqunluğa hazırlığı qeydə alınmayıb. Əksinə, Pasxa bayramından bəri işğalçı adi hücum fəaliyyətini bərpa edib, təbii ki, xeyli itkilər bahasına ruslar irəliləməyə çalışırlar", - Zelenski bildirib.

Zelenski Ukraynanın diplomatiyada mümkün qədər tez hərəkət etməyə hazır olduğunu vurğulayıb.

"Biz 47 gün əvvəl qeyd-şərtsiz atəşkəslə bağlı Amerikanın təklifi ilə razılaşdıq və sonradan ruslara öz təkliflərimizi verdik: mülki hədəflərə zərbə endirməyi dayandırmaq. Amma onlar Moskvada Şahed, raketlər, artilleriya və yeni hücumlarla cavab verirlər. Dünyadan düzgün cavab lazımdır, daha çox sanksiya ilə cavab verilə bilər. Rusiya üçün nəzərə çarpan real addımlar budur”, - deyə o, bildirib.



Xəbər 874 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +