Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


16.02.2021  12:10 

Türkiyədə dəhşətli qəza - 5 ölü, 38 yaralı





A+  A-

Türkiyənin Konya vilayətinin Karapınar şəhərində dəhşətli yol qəzası baş verib. Yol kənarına aşan yük maşınına yardım etmək üçün dayanan minik avtomobilinə avtobus çırpılıb. Toqquşmadan sonra yol kənarına aşan avtomobil və avtobusda 5 nəfər həyatını itirib, 38 nəfər xəsarət alıb.
XəzərNews.az xəbər verir ki, qəza gecə saat 03:30 radələrində baş verib. Ahmet Kurtun idarə etdiyi yük maşını sürüşkən yol səbəbindən idarəetməni itirərək yol kənarına aşıb. Həmin an yoldan keçən Rahim Ergünay idarə etdiyi avtomobili yolun sağında saxlayaraq yük maşını sürücüsünün köməyinə qaçıb. Bu vaxt Ümit Özkanın idarə etdiyi avtobus yolun sağında park edilmiş avtomobili vurub.

Qəzada 2 nəfər avtomobildə, 3 nəfər avtobusda olmaqla 5 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Karapınar və Konya xəstəxanalarına aparılıb.

Qəzada ölən və yaralanan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi işlərinin davam etdiyi bildirilib.

Xəbər 2351 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +