Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib
“Vialon” MMC vətəndaşın evini başına uçurur - Video
General-mayorun bacısı oğlu şantaj edilib
Xanlar Vəliyevi kim əvəz edə bilər?
Rusiya Sumı və Xarkova hücumu artırıb
Qadını fotoları ilə şantaj edən şəxs tutulub
Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər - Prezident
Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var


20.12.2018  13:08 

Bakıya 42000 saxta avro gətirənlər saxlanılıb





A+  A-

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqla ölkənin maliyyə sisteminə təhlükə yaratmağa çalışan şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
DİN-dən XəzərNews.az-a verilən məlumata görə, Baş İdarəyə ölkədə fəaliyyət göstərən banklardan birindən Fərhad və Asəf adlı şəxslərin saxta 17000 avronu 32606 manata mübadilə etmələri barədə məlumat daxil olub. Təqdim edilən 500 avroluq əskinaslardan ibarət pulların saxta olması müəyyən ediləndən sonra həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Asəf Novruzov və Lənkəran şəhər sakini Fərhad Həsənzadə saxlanılıblar.

Baxış zamanı saxlanılan şəxslərin paytaxt ərazisində yerləşən ofislərindən əlavə olaraq saxta 25000 avro məbləğində pul əskinasları və digər maddi sübutlar aşkar edilərək götürülüb.

İlkin ifadələrində həmin şəxslər saxta əskinasları paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət valyuta mübadilə mərkəzlərində satmaq məqsədi ilə Türkiyə Respublikasından ölkəyə gətirdiklərini bildiriblər. Ekspertizaya təqdim edilən ümumilikdə aşkar edilən 42000 saxta avro yoxlanılan zaman müəyyən edilib ki, həmin pulların həqiqi əskinaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 204.2-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. F.Həsənzadə və A. Novruzov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Xəbər 1497 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +