Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq


18.04.2023  22:05 

Quranda ən ümidverici ayə hansıdır?





A+  A-

Bir gün İmam Əli (ə) üzünü ətrafındakılara tutub dedi: Ən ümidverici ayəni bilirsinizmi? Bu zaman hərə bir ayəni dilinə gətirdi.

Bəziləri bu cavabı verdi: Nisa surəsinin 116-cı ayəsi; “Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.”

Həzrət Əli buyurdu bu yaxşı ayədir, amma ən ümidverici bu deyil.

Bəziləri isə dedi: Nisa surəsinin 110-cu ayəsi; “Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.”

İmam buyurdu:

- Bu da yaxşı ayədir amma o deyil.

Bir qismi bu ayəni dedilər:

- “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: `Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Zumər 53)

İmam buyurdu:

- Sizcə ən ümidverici olacaq başqa bir ayə qalmayıbmı?

Onlar dedilər:

- Xeyr ey möminlərin əmiri. Biz artıq bir şeyi bilmirik ki onu oxuyaq.

İmam buyurdu:

- Həbibim Allahın Elçisindən eşitdim ki dedi: Quranda ən ümidverici ayə budur:

“Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir”.Hud-114)

Allahın Elçisi sonra belə dedi: Ya Əli məni müjdə verən və qorxudan kimi göndərən Allaha and olsun ki, sizlərdən biri dəstəmaz alıb namaza dursa onun bədən üzvlərində olan günahları tökülər. Namaz bitməmiş bütün günahları pak olub gedər. Anadan doğulduğu kimi. İki namaz arasındakı günahı da pak olub gedər. (Haqqullaha aid olan günahlar)

Bu zaman Peyğəmbərə 5 gündəlik namazların adını çəkdi.

Peyğəmbər sonra buyurdu:

- Ya Əli 5 namazın mənim ümmətim üçün misalı onların evləri qarşısından keçən bir çay kimidir. Kimin bədənində kir olsa burada yuyunar. Gündə 5 dəfə yuyunar. Belə olan halda o adamın bədənində kir qalarmı?!”.

Tahir Abbaslı

Xəbər 5074 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +