Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


10.11.2022  17:21 

33 illik yolumuza baxanda... - Rauf Arifoğlu





A+  A-

33 ildir Yol çəkirik. Oğlum yaşındakı Raufun qurduğu qəzeti ağsaqqal Rauf əzmlə və böyük qürur hissi ilə davam etdirir.

Şükrançıyam!

Bütün şəraitlərdə Allaha və şükrə sığındım.

33 illik yolumuza baxanda, bu illərə düşən hadisələri yada salanda, təhlil edəndə, müqayisələr aparanda...

Etiraf edim, indiki şükranlığım ən ürəklə, ən səmimi qəlblə ediləndir!

Allahım, yazına şükür, qismətinə, bəzən mükafat bildiyim cəzalarına, bəzən cəza bildiyim mükafatlarına şükür!

Axirətimiz üçün əməl dəftərimizı nələri yazmısan, təxmin də edə bilmərik.
Fəqət bu dünyamız üçün yazdığın hər şeyə şükür!

Məni Türk yaratmana, məni müsəlman qərar vermənə, məni Azərbaycanda dünyaya gətirmənə, mənə yurd olaraq Tovuzu yazmana...

Qəzetçi taleyi vermənə...

Ailəmə, çevrəmə, dostlarıma, nəhayətdə, şərəfli Yeni Müsavat adı ilə ömürlük təltif etmənə!

Hər şeyə şükr olsun!

Rauf Arifoğlu

XəzərNews.az xəbər verir ki, "Yeni Müsavat" 7 noyabr 1989-cu ildə Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb. Qəzetin qurucusu hazırkı təsisçi və baş redaktor Rauf Arifoğludur.

“Yeni Müsavat” qəzeti 1989-91-ci illər ərzində gizli və qeyri-formal nəşr olunub. 1993-cü ilin mart ayından qəzetin təsisçisi Müsavat Partiyasının başqanı İsa Qəmbər olub. 2009-cu ilin noyabr ayının 8-də qəzetin 20 illik yubileyində İsa Qəmbər təsisçiliyi Rauf Arifoğluna təhvil verib. 26 noyabr 2009-cu ildə təsisçisi rəsmən dəyişdirilib və qəzet Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.

Xəbər 1281 dəfə oxunub.



13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +