Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


22.06.2024  17:28 

MİDA Yasamal Yaşayış Kompleksinin ərazisi yağışdan sonra sulara qərq oldu - VİDEO





A+  A-

Ötən gecədən bəri ölkə ərazisində davam edən yağışlar bir sıra şəhərlərə, o cümlədən, paytaxt Bakıda da problemlər yaradıb. Belə ərazilərdən biri də paytaxt Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa olunan şəhərcikdir.

Xəzərnews.az "Unikal"a istinadən xəbər verir ki, Yasamal Yaşayış Kompleksində yerləşən binaların həyətini su basıb. Elə bir vəziyyət yaranıb ki, bəzi avtomobillər yarıya qədər suda qalıb.

Bəzi binalarda sakinlər həyətə çıxa bilməyiblər. Görünən odur ki, binaların tikintisini həyata keçirən MİDA kanalzasiya sistemi standartlara uyğun qurmayıb. Nəzərə alsaq ki, dünən gecəki yağışın həcmi və müddəti elə də çox olmayıb. Amma MİDA-nın qurduğu sistemlərin bərbad olduğundan belə bir acı mənzərə yaranıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə də geniş yayılıb. Bina sakinləri baş verən durumdan narahatlıqlarını ifadə ediblər. Hətta fəsadın aradan qaldırılması prosesini belə sakinlər öz üzərlərinə götürüblər.

Buradan belə nəticə çıxır ki, MİDA-nın mənzillərin satışındakı müəmmalı vəziyyət tikinti, kanalizasiya və digər sahələrdə də var. Ölkə başçısının sərəncamı ilə yaradılan bu qurum, ayrılan milyonlarla dövlət vəsaitinin göyə sovrulması, humanist missiyanın lazımi səviyyədə icra olunmaması MİDA rəhbərliyinin işinin öhdəsindən gələ bilməməsini göstərir. Qeyd edək ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin rəhbəri Sadiq Sadıqovdur.



Xəbər 15543 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +