Nyu-York Trampa qarşı - VİDEO
Restoranların fantastik iftar qiymətləri - SİYAHI
Yenə QAR gəlir... - Sabahın havası
“Kiyevə yürüş et” saxta müraciətini kim yayıb?
“Mənə dilənçi payı lazım deyil” - Direktor/Səs yazısı
Litva Ukraynaya 20 milyon avroluq silahlar alacaq
Deyək ki, Putin əla oğlandır? - Zelenski
Ermənistan Türkiyə və Azərbaycanla anlaşıb?
Ruhun şad olsun, ey... - Bayraq Adam, Allah Dostu!
Söyüdlər məhəlləsində qaz niyə kəsilib?


17.11.2023  23:08 

Qazaxda mübahisə zəminində avtomobilə atəş açılıb





A+  A-

Qazaxda mübahisə zəminində avtomobilə odlu silahdan atəş açılıb.

Xəzərnews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirib ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Birinci Şıxlı kəndi ərazisində odlu silahdan atəş açılması barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparıblar. İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Birinci Şıxlı kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Yusifov həmkəndlisi, 1981-ci il təvəllüdlü Ülfət Mustafayevin əyləşdiyi VAZ markalı avtomobilə odlu silahdan iki dəfə atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi və istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbər 5105 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +