İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


20.07.2022  11:43 

Səfər Mehdiyevin qaynı sərbəst buraxıldı... - Dindirilib, izahatı alınıb





A+  A-

Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunan Səfər Mehdiyevin qaynı, DGK-nın nəzdindəki "Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyevin həbs olunması xəbəri həqiqəti əks etdirmir.

O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaqa cəlb edilib.

Dindirilib, izahatı alınıb, amma sərbəst buraxılıb. İstintaq müddətində onun əməlində cinayət aşkarlanarsa, həbs oluna bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin pozulması ilə müşayiət olunan, vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair daxil olmuş məlumatlar əsasında 10 iyun 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Araşdırmalar nəticəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlu, Komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Babayev Rəşad Tofiq oğlu və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Səfərov Şükür İsbəndiyar oğlu, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlu həbs olunub.

Bu faktlar aşkarlandıqdan sonra İyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Səfər Mehdiyev vəzifəsindən azad edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir./Bakupost.az

Xəbər 1776 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +