Nyu-York Trampa qarşı - VİDEO
Restoranların fantastik iftar qiymətləri - SİYAHI
Yenə QAR gəlir... - Sabahın havası
“Kiyevə yürüş et” saxta müraciətini kim yayıb?
“Mənə dilənçi payı lazım deyil” - Direktor/Səs yazısı
Litva Ukraynaya 20 milyon avroluq silahlar alacaq
Deyək ki, Putin əla oğlandır? - Zelenski
Ermənistan Türkiyə və Azərbaycanla anlaşıb?
Ruhun şad olsun, ey... - Bayraq Adam, Allah Dostu!
Söyüdlər məhəlləsində qaz niyə kəsilib?


31.12.2021  07:30 

Yazıçıları ələbaxım ediblər, bu rəzalətdir





A+  A-

Öncəki zamanlar yazıçılar, şairlər kifayət qədər əlçatmaz idilər. Bu gün isə sosial şəbəkələr yazıçı ilə oxucunu bir səhnənin aktyorlarına çevirib.

Hansısa bir romanın yazılmasında birbaşa oxucu da iştirak edir. Üstəlik, yazıçıya necə yazmaq barəsində "dərs" də verir.

Bizim böyüdümüz zamanda olmayan yeni mizah yaranıb. Yeni bir gənclik arqosu...

Bu günün oxucusu didaktik mizahı sevmir. Oxucuya dərs keçəndə o, sənin kitabını bir küncə tullayır. O, özünü yazıçıdan kifayət qədər ağıllı hesab edir. Fəlsəfi sicilləmələri xoşlamır, kitaba əyləncə sektorunun bir bölümü kimi yanaşır.

Ciddi mətnləri oxumaq zaman istəyir. Oxucunun isə zamanı yoxdur, o, gündəlik qayğıların məngənəsində sıxılır, çabalayır, evə çörək apara bilməmək qorxusu onun ruhunu əzir. Yaşam şərtləri günbəgün ağırlaşır və bu da oxucunu kitabdan uzaqlaşdırır.

Kitab bazarı yoxdur. Bazar yoxdursa, yazar da yoxdur. Bu qədər sadə.

Bəs nə etməli? Dövlət dəstəyi olmasa, yazıçının taleyi qaranlıq görünür...

Kitabsız qala bilərik. Kitabsız toplum isə vahiməli bir gələcək vəd edir. Alim elmini satır, (yəni pulla kiminçünsə dissertasiya yazır) şair şeirini satır, yazıçı romanını satır, yəni müəlliflik hüququndan imtina edir.

Baxırsan, elmlər namizədidir, elmdən başqa hər işlə məşğuldur. Niyə? Çünki elmin ümidinə qalsa, balaları acından öləcək.

Yazıçıları ələbaxım ediblər, bu rəzalətdir. Heç bir dövrdə yazıçı bu qədər urvatsız olmayıb.

Milli burjuaziya yazıçını himayə etmir. Çünki intellektdən məhrumdur. Biznesmen kitab oxumur, kafası boş vedrə kimi danqıldayır. Hər şeydən gəlir uman tacir təfəkkürü yazıçıya, sənət adamına yatırım qoymasına imkan vermir.

Hərdən heyrətə gəlirsən ki, bu kafa ilə bu adam necə milyonlara sahib olub?!

Yazıçının itirilmiş nüfuzu özünə qayıtmayınca ədəbiyyatın intibahından danışmaq absurddur...

Kənan Hacı

Xəbər 1706 dəfə oxunub.




02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +