İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


14.06.2021  11:58 

Rusiyada karantin sərtləşdirilir





A+  A-

17 iyun tarixindən etibarən Rusiyanın Sankt-Peterburq şəhərində koronavirus səbəbiylə əlavə məhdudiyyətlər tətbiq olunacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Sankt-Peterburq şəhər rəhbərliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 17 iyundan etibarən şəhərdə ictimai iaşə müəssisələrində əyləncə mərasimləri, restoran və kafedə uşaq otaqlarının fəaliyyətinə icazə verilməyəcək.

Moskva vaxtı ilə saat 02:00-dan 06:00-dək restoranların çatdırılma xidməti istisna olmaqla fəaliyyət göstərməsi qadağandır.

Ticarət mərkəzlərində fəaliyyət göstərən kinoteatrlar, akvaparklar, kitabxanalar, uşaq otaqları və əyləncə və istirahət obyektlərinin də bağlanacağı bildirilib.

Bağlı və açıq havada mədəni və əyləncə tədbirlərinə icazə verilən ziyarətçi sayı 3 min nəfərlə məhdudlaşacaq. Küçədə olanlar da daxil olmaqla bütün kütləvi tədbirlərə gələnlərin maskalardan istifadə etmələri tələb olunur.

Sankt-Peterburqda keçiriləcək futbol üzrə Avropa çempionatının azarkeş zonalarında sanitariya və epidemioloji təhlükəsizlik tədbirləri də gücləndirilir.

“17 iyun tarixindən bəri fan zonalarında iaşə xidmətləri göstərilməsinə və içkilər istisna olmaqla qida məhsullarının satışına icazə verilməyəcək”,- deyə şəhər administrasiyasından bildirilib.

Eyni zamanda azarkeş zonalarında da maska ​​taxmaq məcburi olacaq.

Qeyd edək ki, Rusiyada bu günə qədər 5 milyon 208 min 687 yoluxma faktı qeydə alınıb. Onlardan 4 milyon 801 min 335 insan sağalaraq evə buraxılıb, 126 min 430 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Sankt-Peterburq şəhərində isə bu günə qədər 450 730 yoluxma faktı qeydə alınıb, 420 min 356 nəfər sağalıb, 14 min 898 nəfər həyatını itirib.

Xəbər 1829 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +