İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


20.04.2021  14:32 

Sabahın hava proqnozu





A+  A-

Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.

Aprelin 21-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti
olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən isə aprelin 21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbər 1772 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +