İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


19.04.2021  16:13 

“Rusiyaya qarşı informasiya müharibəsinin arxasında Vaşinqton dayanır”





A+  A-

“Rusiyaya qarşı informasiya müharibəsinin arxasında Vaşinqton dayanır. Bütün bunlar Qərb ölkələrində yığılıb qalan problemlərdən yayınmaq üçün edilir”.
XəzərNews.az bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalında yayımlanan “60 minut” verilişində bildirib.

"O ki qaldı Çexiyaya, Avropa Birliyi ölkələrində və ümumiyyətlə Qərbdə problemlərin olduqca çox olduğunu yaxşı başa düşmək lazımdır. Bu problemlərin üstünü örtmək üçün təcili hansısa informasiya-siyasi xarakterli tədbirlərin görülməsi lazımdır. Rusiya - həmin bu kimi hallarda dövriyyəyə buraxılmış, sınanmış bir alətdir. Əlbəttə, bunların arxasında sözsüz ki, ABŞ dayanır. NATO-da hər kəs üzərində rəhbərlik edən ölkə, bu qərb “meynstrim”inin tonunu təyin edə ölkə...”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Çexiyanın Baş naziri Andrey Babiş aprelin 17-də bəyan edib ki, 2014-cü ildə Vrbetitsada hərbi anbarda partlayış baş verməsində Rusiya xüsusi xidmət orqanlarının əli olmasından şübhələnirlər. Baş nazirin birinci müavini, xarici işlər naziri Yan Hamaçek idə bildirib ki, 18 rusiyalı diplomat 48 saat ərzində ölkədən çıxarılacaq.

Rusiya buna cavab olaraq aprelin 18-də Çexiyanın 20 diplomatının ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.

Xəbər 2143 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +