İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


25.08.2020  18:15 

Azərbaycanda bütün daş karxanaları bağlanır





A+  A-

Yaxın gələcəkdə Azərbaycanda daş karxanalarının əksəriyyəti fəaliyyətini dayandıracaq.
XəzərNews.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə “Facebook”da canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, daş karxanaları ətraf mühitə ziyan vurur və əhali tərəfindən bu baxımdan xeyli şikayətlər alırlar. Lakin son illər bu karxanaların sayı əhəmiyyətli dərəcədə azalıb: “3 il əvvəl Azərbaycanda 800-dən artıq daş karxanası var idisə, artıq 500-nün fəaliyyəti ya dayandırılıb, ya da tələblərə uyğun olmadıqlarına görə özləri imtina ediblər. Hazırda bu say 300-ə enib. Bağlanan karxanalara tətbiq edilən ziyanın həcmi 30 milyon manat civarındadır. Artıq 15 milyon 600 min manat ziyan Ətraf Mühitin Mühafizəsi Fonduna ödənilib. Ödəməyən karxanalarla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib, işlərinə prokurorluqda baxılır. Yaxın vaxtlarda həmin karxanaların ödənişi məcburi ödənilməsi ilə bağlı qərar çıxarılacaq. Çox böyük ehtimalla, yaxın gələcəkdə karxanaların əksəriyyəti fəaliyyətini dayandıracaq”.

H. Əlizadə bildirib ki, hazırda bu karxanaların hamısını bağlamaq mümkün deyil. Çünki bu karxanaların fəaliyyətini dayandırmaq böyük faciəyə səbəb ola bilər, tikinti bazarında qiymətlər çox yüksələ bilər. Qanunauyğun şəkildə, müasir texnologiyalarla işləyənlər fəaliyyətini davam etdirəcək.



Xəbər 2402 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +