İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


18.02.2019  09:46 

Bu gecə hava dəyişəcək - Diqqətli olun





A+  A-

Fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir.
XəzərNews.az-a daxil olan məlumata görə, şimal küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 6-8° aşağı enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava gözlənilir. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 5-7° aşağı enəcək.

Xəbər 1409 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +