Nyu-York Trampa qarşı - VİDEO
Restoranların fantastik iftar qiymətləri - SİYAHI
Yenə QAR gəlir... - Sabahın havası
“Kiyevə yürüş et” saxta müraciətini kim yayıb?
“Mənə dilənçi payı lazım deyil” - Direktor/Səs yazısı
Litva Ukraynaya 20 milyon avroluq silahlar alacaq
Deyək ki, Putin əla oğlandır? - Zelenski
Ermənistan Türkiyə və Azərbaycanla anlaşıb?
Ruhun şad olsun, ey... - Bayraq Adam, Allah Dostu!
Söyüdlər məhəlləsində qaz niyə kəsilib?


25.06.2018  13:52 

“Səhv etdim…” - İncedən ilk açıqlama





A+  A-

CHP-dən prezidentliyə namizəd olan Muharrem İnce məğlubiyyətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
XəzərNews.az xəbər verir ki, canlı yayımda açıqlamalar verən İnce bəyan edib ki, əməkdaşlarının hazırladıqları hesabatla Ali Seçki Qurumunun açıqladığı rəqəmlər arasında ciddi fərq yoxdur. Ortadakı fərq isə nəticəni dəyişdirəcək dərəcədə deyil:

"İlk olaraq sosial şəbəkələrdə dolaşan şayiələrlə başlamaq istəyirəm. Bunların hamısı yalandır. İkincisi 15 milyon həmvətənimiz mənə səs verdi. Hədəfimiz 15 milyonu 30 milyona çatdırmaqdır. Bunun üçün mübarizə aparacam. Hər kəs bunu belə bilsin.

Cənab Ərdoğan, lütfən bu gündən sonra AK partiyasının sədri kimi davranmayın, 81 milyonun prezidenti olun. Mənim şüarımdan istifadə etməyinizi məsləhət görürəm. Gərginliyə son qoyun, milləti qucaqlayın. Mən seçilsəydim elə edəcəkdim. AK partiyasının baş ofisinə gəlib sizin çayınızı içəcəkdim. AK partiyalıları qucaqlayacaqdım. Cənab Ərdoğandan da bunu gözləyirəm.

Bu seçki elan edilmə şəklindən, nəticələrin açıqlanmasına qədər ədalətsiz seçim olub.

Türkiyə demokratik dəyərlərlə bağını qoparıb. Türkiyə 143 ildir davam etdirdiyi parlamentli sistemlə bağını qoparıb. Sözün əsl mənasında təkadamlıq rejimə keçilib. Sistemin içərisində vahid mexanizm yoxdur. Gələcəyimizə dair hər zaman olan böyük narahatlığımız və qayğılarımız davam edəcək".

Muharrem İnce nədən dünən axşam açıqlama verməməsi ilə bağlı sualı cavablandırıb:

“Orada səhv etdim, bunu qəbul edirəm. Mən İsmayıl Küçükkayaya (jurnalist-red.) dostyana mesaj atdim. Onun xəbər hazırlayacağını təxmin etməmişdim. Mənim kimi təcrübəli siyasətçi bunu etməməli idi. Vətəndaşlarımız bunu bir tvitlə öyrənməməli idi. Demək jurnalistlərlə dostluq edərkən diqqətli olmaq lazımdır. Bu məsələyə görə üzr istəyirəm.

Səs oğurlanıbmı? Bəli oğurlanıb. 10 milyon səs oğurlanıbmı? Xeyr. Seçkinin nəticəsini də qəbul edirəm. “Bunu qəbul etmirəm, küçələrə çıxaq” demək demokratiya deyil. Ortada ciddi fərq var, bu demokratiyaya hörmətsizlik olardı. Qalib gəlib, ediləcək heç nə yoxdur. Qalibi təbrik edə bilmirsənsə, yarışa girməyəcəksən”.


Xəbər 766 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +