İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


18.05.2018  13:21 

Deputat DSMF-nin yoxlanmasını tələb etdi





A+  A-

Deputat Musa Quliyev Hesablama Palatasından Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini daha ciddi qaydada araşdırılmasını tələb edib.
XəzərNews.az xəbər verir ki, o, bu təkliflə Milli Məclisdə çıxış edib. Onun sözlərinə görə, Hesablama Palatası DSMF-nin bir neçə şöbəsində apardığı araşdırmalar nəticəsində çox ciddi qanunsuzluqlar aşkar edib: “Hələ bir neçə şöbədə belə qanunsuzluqlar aşkar edilibsə, əksər şöbələr yoxlanarsa, ortaya hansı mənzərə çıxar. DSMF-də aşkar edilən bu qanunsuzluqlar gələcəkdə bu qurumu daha ciddi qaydada yoxlanılmasını zəruri edir. Ona görə də Hesablama Palatasından tələb edirəm ki, bunu gələcəkdə nəzərə alsın və buna ciddi fikir versinlər”.

Deputat onu da bildirib ki, ildə 150-160 min yeni iş yerinin açılır: “Bu işçilər orta aylıq əməkhaqqı səviyyəsində pul alsalar da, DSMF-nin işşçilərin sığortalanması ilə bağlı verdiyi hesabatla uyğunluq təşkil etmir. Burada ya iş yerləri ilə bağlı statistika uyğun deyil, yaxud da burada hansısa qanun pozuntusu mövcuddur. Odur ki, bu məsələlər də ciddi araşdırılmalıdır”.

Xəbər 1545 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +