İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


17.05.2018  13:11 

Vəsilə Vahidqızı mətbuat katibi təyin edildi





A+  A-

İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.
Diasporla iş üzrə Dövlət Komitəsindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır. Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək.

Vəsilə Vahidqızı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Anons şöbəsinin rəisidir.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də, Space TV-də və “İnternyus-Azərbaycan” şirkətində çalışıb.

"Azərbaycan teleməkanında kanal reytinqinin müəyyənləşdirilməsində sosial-psixoloji amillər (İTV-nin təcrübəsi əsasında)" mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib, filologiya üzrə fəlsəfə doktorudur.

2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Həsən bəy Zərdabi mükafatı laureatıdır.

Xəbər 1491 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +