İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


14.05.2018  10:36 

Füzulidə pambıq, barama və taxılçılığa dair müşavirə keçirildi





A+  A-

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun bu sahələrin hesabına təmin olunması barədə verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda strateji məhsul olan taxılçılıq, pambıqçılıq və baramaçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Bu məqsədlə Füzuli rayon İcra Hakimiyyətində aidiyyəti xidmət təşkilatlarının, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və kənd təsərrüfatı üzrə mütəxəssislərin iştirakı ilə müşavirə keçirilib.
XəzərNews.az-ın məlumatına görə, müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, yeni iqtisadi mərhələdə respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq və baramaçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir.

Alı Alıyev müşavirə iştirakçılarına pambıq istehsalında məhsuldarlığın arıtılması ilə bağlı ciddi tapşırıqlar verib. Bildirib ki, yüksək məhsuldarlıq əldə etmək üçün pambıq sahələrinə aqrotexniki qulluq göstərilməli, suvarılma optimal müddətdə aparılmalıdır.

Müşavirədə rayonda ipəkqurdunun vəziyyəti, ipəkqurdu saxlayan kümçülərin qarşılaşdıqları problemlər müzakirə olunub, aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib. Tapşırılıb ki, ipəkqurdu saxlayan kümçülərlə mütəmadi olaraq görüşlər keçirilsin, barama saxlanılan yerlərə baxış keçirilsin, onlara əməli dəstək göstərilsin.

Müşavirədə həmçinin qarşıdan gələn taxıl biçininə hazırlıq, taxıl biçən kombaynların vəziyyəti, taxıl biçinin qısa müddətdə və itkisiz başa çatdırlması ilə bağlı fikir mübadiləsi aparılıb.



Xəbər 1663 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +