İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


08.04.2018  13:45 

“Məni siyasi sığınacaq almağa məcbur edirlər” - Azərbaycanlı milyonçu





A+  A-

Hazırda Fransanın Nitsa şəhərində yaşayan azərbaycanlı milyonçu Telman İsmayılov uzun fasilədən sonra Rusiya KİV-ə müsahibə verib.
XəzərNews.az-ın Lent.az-a istinadən məlumatına görə, Fransaya sığınma səbəbləri, qardaşının həbsi, Rusiyaya qayıtmaq istəyindən danışan milyonçu bir sıra maraqlı məqamlara da toxunub.

Müxbirin “Niyə indi müsahibə vermək qərarına gəldiz?” sualına İsmayılov belə cavab verib: “Uzun vaxtdı ki, mətbuatda görünmürəm. Ümumiyyətlə, populizmi sevmədiyimdən müsahibə verməyi də xoşlamıram. Sadəcə indi hamıya bildirmək istəyir ki, sağ-salamatam. Sağlamam, ağlım başımdadı”.

Milyonçu ona və qardaşına qarşı qaldırılan cinayət işindən danışıb. O bildirib ki, istintaqın əlində heç bir sübut yoxdur: “Mehman Kərimov adlı şəxs istintaqla əməkdaşlığa gedərək, mənə və qardaşıma qarşı saxta itihamlar irəli sürüb. Əminəm ki, onu buna məcbur ediblər. Mən ittiham aktını oxumuşam. Orada heç bir sübut-filan yoxdu. İnanıram ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək, bütün sular durulacaq. Onda hamı biləcək ki, əsl günahkar kimdir. Mənim reputasiyama ciddi zərbə vurdular. Xüsusən də Rusiya KİV-i - telekannalar haqqımda ağızlarına gələni verirdilər. Amma bir gün haqq-ədalət üzə çıxacaq”.

T.İsmayılov qeyd edib ki, bu cür təzyiqlərlə onu Fransada siyasi sığınacaq almağa məcbur edirlər: “Amma mən sığınacaq istəməyəcəm. Buna nə vaxtım, nə də istəyim var. Mən bir şeyi istəyirəm: işə obyektiv baxsınlar. Siz başa düşürsüz, onlar qəsdən məni küncə sıxışdırırlar. Məqsədləri də odur ki, sığınacaq alım. Mən hər şeyə hazıram. İstintaq Komitəsinə üz tuturam, onlara deyirəm ki, yalan detektorundan belə keçməyə hazıram”.

Xəbər 1887 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +