İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


03.10.2017  11:18 

Füzulidə ehsan süfrələri islami qaydalara uyğun təşkil olunur





A+  A-

2014-cü ildən etibarən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir.
Artıq dörd ildir rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Son dörd il ərzində yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən müsbət qarşılanır.
XəzərNews.az-ın xəbərinə görə, bu məqsədlə rayonun din xadimləri, ağsaqqallar, ziyalılar ərazidə ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi ilə bağlı insanlar arasında dini maarifləndirmə işləri aparır, yas mərasimləri ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə izah edir, əhali arasında dini təbliğat işləri aparırlar. Mərhum üçün “ehsan vermək” ifadəsinin əsl mahiyyəti insanlara çatdırılır, ehsanın sadəcə yeməkdən ibarət olmadığı, ehsanın mərhumun ruhu naminə görülən xeyir əməlləri ehtiva etdiyi bildirilir.
Əgər əvvəllər rayonda yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 600-800 manatla yola vermək olur. Son 4 ildə rayonda keçirilən yas mərasimlərində ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilir. Nəticədə orta hesabla rayonda 4,5-5 milyon manat vəsaitə qənaət olunub ki, həmin vəsaiti də vətəndaşlar digər sosial problemlərinə sərf ediblər. Rayonda keçirilən yas mərasimlərinin sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilməsi ilə insanlara əvvəlki kimi maddi zərər dəymir, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn olunması, qəbirüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işləri də yerinə yetirirlər.
Son 4 ildə rayonda keçirilən 1000-ə yaxın yas mərasimləri sadə islami qaydalara uyğun və israfçılıqdan kənar təşkil edilib.

Xəbər 1489 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +