Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?
Rusiyanın 30 günlük atəşkəs yaratmaq niyyəti yoxdur
Berlin Kiyevin tərəfində qalacaq - Vadefül


07.02.2024  19:02 

Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb





A+  A-

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

Xəzərnews.az xəbər verir ki, səhər saat 08.00-da açılan bütün seçki məntəqələri bağlanıb.

Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) saat 17:00-a olan məlumatına görə, respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub.

MSK sədri Məzahir Pənahov bildirib ki, saat 21:00-da ilkin nəticələrin elan edilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, seçkilərə yekun vurulduqdan sonra protokollar hazırlanır. Bundan sonra seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə göndərilir.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Azərbaycanda 125 seçki dairəsində 6 319 seçki məntəqəsi var. Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir.

Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilib. Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir. Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.//Report

Xəbər 1854 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +