İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


04.11.2019  18:02 

ReAl Partiyasının Məclis və İdarə Heyəti buraxıldı





A+  A-

ReAl Məclisinin dünənki qərarına görə, ReAl-ın hazırki idarəetmə qurumlarından ikisi (Məclis və İdarə Heyəti) buraxılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə ReAl Partiyası İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib.

Onun sözlərinə görə, partiya yeni qurultaya gedir. Qurultaya qədər partiyanı sədr təkbaşına idarə edəcək. Yeni qurultayda yeni nizamnamə qəbul olunacaq.
“Partiyanın birinci qurultayında qəbul olunmuş nizamnamənin başlıca məqsədi riskləri azaltmaq, onları səmərəli idarə etmək olub. Həmin dönəmdə İlqar Məmmədov hələ həbsdə idi və nə zaman azadlığa çıxacağı bilinmirdi. İlqar Məmmədova qanunsuz və ədalətsiz olaraq verilmiş cəzanın müddəti başa çatana qədər ikinci qurultayın vaxtı gələcəkdi.

Bugün İlqar Məmmədov azadlıqdadır, qarşıdan parlament seçkiləri gəlir. İndiki durumda partiyanın strategiyası riskləri azaltmaq deyil, uğur qazanmaq olmalıdır. Bu, daha çevik idarəetməni tələb edir.

ReAl-ın birinci qurultayında mən sədrin qurultay tərəfindən deyil, İdarə Heyəti tərəfindən seçilməsini təklif etdim, nizamnamənin layihəsinə qarşı çıxdım. O zaman təklifim keçmədi. İlqar Məmmədovun özü də sədrin qurultay tərəfindən seçilməsi təklifini dəstəkləmişdi. Bu gün İlqar Məmmədov fikrini dəyişdi. Onun yeni təklifi mənim o zamanki təklifimin eynisi olmasa da, sədrin qurultay tərəfindən birbaşa seçilməməsi məsələsində ona oxşardır. Sədr partiyanın ayrıca idarəetmə qurumu olmamalıdır. O, bərabərlər arasında birinci olmalıdır”,- E.Qədirli bildirib.

Xəbər 1790 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +