Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


20.07.2021  10:26 

Tovuzda toyda 3 nəfərin yaralandığı hadisənin təfərrüatı





A+  A-

Xəbər verdiyimiz kimi, Tovuz rayonunda toyda dava düşüb.
XəzərNews.az xəbər verir ki, hadisənin təfərrüatı məlum olub. İnsident iyulun 20-i gecə saatlarında baş verib. Toyda spirtli içki qəbul edən gənclərin bir-biri ilə zarafat etməsi sonda mübahisəyə səbəb olub. 2001-ci il təvəllüdlü Elgün İsmayılov toydan götürdüyü "butılka" ilə tanışı, 1996-cı il təvəllüdlü Fərid Mehdiyevin başından zərbə endirib.

Gənclərin davası bir neçə dəqiqə davam edib, daha sonra onları sakitləşdiriblər və tərəflər bir-birindən ayrılaraq hadisə yerindən uzaqlaşıb.

Daha sonra E. İsmayılovu əvvəlki davaya görə yenidən söhbətə çağırıblar. Bu dəfə 20 yaşlı gənc yol kənarındakı bərbərxanaya daxil olaraq oradan qayçı götürüb. Davam edən mübahisə zamanı isə digər tanışları - 1991-ci il təvəllüdlü Mahir Kərimovla Fuad Hüseynovun hər birini qayçı ilə qarın nahiyəsindən vurub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1880 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +