Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


18.07.2021  17:11 

5 yaşlı uşağa işgəncə verən ana və sevgilisi saxlanıldı





A+  A-

Bakıda narkotikin təsiri altında 5 yaşlı uşağa işgəncə verən anası Səadət Xasməmmədova və onunla qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşayan Kamran Tağıyev saxlanılıb.
XəzərNews.az bildirir ki, "Qafqazinfo" həmin şəxsin tutulduqdan sonrakı görüntülərini özəl olaraq əldə edib.

Məlumata görə, S.Xasməmmədova və K.Tağıyev Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

1996-cı ildə Xaçmaz rayonunda anadan olan S. Xasməmmədova daha əvvəl Binə qəsəbəsində Mehriban Qonşular küçəsi fərdi evdə yaşayıb. Həmin zaman narkotik vasitə aludəçisi olmaqla yüngül həyat tərzi keçirib.

Bu ilin mart ayından iyun ayına kimi Kamran Tağıyevlə birgə Xətai rayonu Naximov küçəsində kirayədə yaşayıb.

İyulun 13-də Hövsan qəsəbəsi Qum adası adlanan ərazidə yerləşən yaşadıqları evdə narkotik vasitələrin təsiri altında səbəbsiz yerə S. Xasməmmədovanın doğma oğlu 2016-cı il təvəllüdlü Abdulov Cahid Elman oğlunun köməksiz vəziyyətindən
edərək mütəmadi olaraq döyüb hər iki qulağını sındırıb, hər iki yanağını və dilini dişlərilə dişləyib xəsarət yetirib, çəkdikləri siqareti yanılı vəziyyətdə onun qollarına, bədəninin müxtəlif nahiyyələrinə basaraq güclü fiziki ağrı və psixi iztirablarla əzab veriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər 1997 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +