Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


05.07.2021  16:11 

Maştağada 16 tona yaxın narkotik yetişdirənlər saxlanıldı - Video





A+  A-

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində 16 ton narkotik vasitə aşkarlanıb.
DİN Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, bağ sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zülfüqar Heybətov, Əlihüseyn Mahmudov və Nofəl Abdıyev saxlanılıblar. Zülfüqar Heybətova məxsus bağ sahəsinin həyətindəki istixanalara baxış zamanı onun adları çəkilən digər şəxslərlə birlikdə əkdiyi ümumi çəkisi 11 ton 127 kiloqram olan 7380 ədəd çətənə kolu aşkar edilib. Həmin bağ sahəsinin yardımçı otaqlarından əlavə 38 kiloqram marixuana, 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 17 ədəd patron aşkar olunub. Bu şəxslər ifadələrində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiklərini və inkişafı üçün xüsusi qulluq etdiklərini bildiriblər.

Maştağa qəsəbəsində vətəndaş Hafiz Daşdəmirovun həyətindəki istixanalara baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 4 ton 573 kiloqram çəkidə 4676 ədəd çətənə kolu, 93 kiloqram çətənə bitkilərinin hissələri və 33 kiloqram marixuana aşkar edilib. Bu şəxs də ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Ümumilikdə 15 ton 700 kiloqram çəkidə 12 min 56 ədəd çətənə kolu, eləcə də, 164 kiloqram marixuana və çətənə bitkisinin hissələri qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.



Xəbər 2334 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +